Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi hücumçu Dilan Sen-Lui və yarımmüdafiəçi Onur Ergünü transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dilanla 3, Onurla 2 illik müqavilə imzalanıb.
 
Dilan Sen-Lui peşəkar karyerasına “Sent-Etyen” komandasında başlayıb. 26 yaşlı fransalı hücumçu sonralar “Evian”, “Laval”, “Paris”, “Birşot” kimi klubların da formasını geyinib. O, 2020-ci ildən “Trua”nın uğurları üçün çalışırdı.
 
Onur Ergün isə ötən mövsüm “İstanbulspor”da forma geyinib. 28 yaşlı futbolçu əvvəllər də aşağı liqa klublarında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest