Tokio Yay Olimpiya Oyunlarının reqbi-7 yarışlarında qadınların mübarizəsinə də yekun vurulub. Matc.az xəbər verir ki, final görüşündə Yeni Zelandiya və Fransa qarşılaşıb. Yeni Zelandiya Mikaela Bleyd, Qeyl Broton, Steysi Fluler və Tila Natan-Vonqun trayları sayəsində "xoruzlar"ı 26:12 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Böyük Britaniyaya 21:12 qalib gələn Fici isə bürünc medalçı olub.

Bu, Yeni Zelandiyanın reqbi-7-də ilk olimpiya qızılıdı. "Kivilər" Rio-2016-nın finalında Avstraliyaya uduzmuş və gümüş medalla kifayətlənməli olmuşdular.

Qeyd edək ki, kişilər reqbi-7-də Fici Tokio-2020-nin qalibi olmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest