Tokio Yay Olimpiya Oyunlarında qadınların 100 m məsafəyə qaçışında medalçılar müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Eleyn Tompson (Yamayka) 10.61 saniyəlik göstəricisi ilə olimpiya rekordunu qırıb və yarışın qalibi olub. 29 yaşlı atlet Rio-2016-da da 100 m-də hamını qabaqlamışdı.
Gümüş və bürünc medallara da yamaykalılar sahib çıxıb. Şelli-En Freyzer-Prays (10.74) ikinci, Şerika Cekson (10.76) isə üçüncü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest