Tokio Yay Olimpiya Oyunları davam edir. Matc.az xəbər verir ki, Ruslan Lunyov 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçmada təsnifatın ikinci mərhələsini tamamlayıb. Ruslan ikinci mərhələdə 286 xal yığıb. Təsnifatın ilk günündə 32 yaşlı idmançımız 281 xal toplamışdı. Yekunda Lunyov (toplam 567 xal) 26 nəfər arasında 21-ci olaraq mübarizəni dayandırıb. Reqlamentə görə, finala çıxmaq üçün ilk "altılıq"da qərarlaşmaq lazım idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest