Tokio 2020 Yay Olimpiya Oyunları başa çatmaq üzrədi. Matc.az xəbər verir ki, yarışların son günündə bürünc medallar uğrunda mübarizəyə qoşulan idmançılar arasında iki təmsilçimiz  - Şərif Şərifov və Mariya Stadnik də olub.
 
Xalça üzərinə öncə Şərif Şərifov (97 kq) çıxıb. Olimpiya çempionumuz təsəlliverici görüşdə Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə üz-üzə gəlib. O, bu dueldən 7:5 hesablı qələbə ilə ayrılaraq, həlledici görüşə vəsiqə qazanıb.  Şərif bürünc medal uğrunda kubalı Reyneris Salasla qarşılaşıb. Təəssüf ki, xalçadan məğlub ayrılan Şərifov Olimpiadada mükafata həsrət qalıb.
 
 
Tokioya iddialı yollanan digər idmançımız - Olimpiadanın 1/8 finalında Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Stalvira Orşuşu, 1/4-də tunisli Sarra Hamdini məğlub etsə də, yarımfinalda yaponiyalı Yui Susakiyə uduzan Mariya Stadnik Tsoqt Oçir Namuntsetseeq (Monqolustan) ilə "bürünc" uğrunda qüvvəsini sınayıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Stadnik Olimpiadanın bürünc medalına sahib çıxıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest