Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh bu gün Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti sınağına çıxıb. Matc.az xəbər verir ki, o, bu dəfə 100 metr məsafəyə sərbəst üsulla üzmədə qüvvəsini sınayıb.
 
Atlet 53.89 saniyə nəticə ilə final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, Raman Saleh daha əvvəl 100 metr məsafəyə üzgüçülük yarışlarında Paralimpiya çempionu adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest