Bu gün Azərbaycanın daha 2 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb. Matc.az xəbər verir ki, qadınların 10 metr məsafəyə güllə atma yarışında Yelena Taranova, kişilərdə isə Kamran Zeynalov qüvvəsini sınayıb.
 
Hər iki idmançımız təsnifat mərhələsinin yekununa əsasən finala vəsiqə qazana bilməyib və mübarizəni dayandırıb.
 
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest