Azərbaycan üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb. Matc.az xəbər verir ki, o, üzgüçülük idman növü üzrə 100 metrə sərbəst kateqoriyada 52,69 saniyəlik nəticə göstərərək çempion olub.
 
Azərbaycan təmsilçisi daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında paralimpiya çempionu adını qazanıb.
 
Hazırda Azərbaycan komandasının hesabında 10 qızıl, 4 bürünc medal var. ölkəmiz bu nəticə ilə 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest