Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb. Matc.az xəbər verir ki, o, 100 metr məsafəyə qaçışda ikinci olub.
 
Vəliyeva buna 11.99 saniyəlik nəticə ilə nail olub.
 
Lamiyə ilə yanaşı, milli komandamızın digər üzvləri Yelena çebanu və Yuliya Yanovskaya da 100 metr məsafəyə qaçışda çıxış edib. İvanovskaya yarışı 4-cü, çebanu isə 7-ci pillədə başa vurub.
 
Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Bu göstərici ilə ölkəmiz 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest