Azərbaycan Milli Paralimpiya Komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarında bu günu 1 qızıl medalla başa vurub. Matc.az xəbər verir ki, komandamızın üzgüçülük idman növü üzrə təmsilçisi Vəli İsrafilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekordunu qırıb və yarışın qızıl medalını qazanıb.
 
Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə digər təmsilçisi Dana Şandıbina (S13 - 100 metr brass) təsnifat mərhələsində mübarizəni dayandırıb.
 
Azərbaycan Milli Paralimpiya Komandasının aletika idman növü üzrə idmançısı Elmir Cəbrayılov ( T13- 400 metr) növü üzrə təsnifat mərhələsində mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest