Bu gün Azərbaycanın daha 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb. Matc.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə idmançısı Yulia Yanovskaya təsnifat mərhələsində 56.55 saniyəlik nəticə göstərərək finala vəsiqə qazanıb.
 
Atletika üzrə digər idmançısımız Lamiyə Vəliyeva da təsnifat mərhələsində 55.71 saniyəlik nəticə göstərərək finala vəsiqə qazanıb.
 
Orxan Qasımov (F13) nizə atma kateqoriyasında 58.96 metr nəticə göstərərək yarışı 5-ci yerdə tamamlayıb.
 
Güllə atıcılığı üzrə təmsilçimiz Yelena Taranova (P3 - 25 metr)  təsnifat mərhələsində mübarizəni dayandırıb.
 
Taekvondoçumuz Röyalə Fətəliyeva (K44) -49 kq çəki dərəcəsində ikinci təsəlliverici görüşdə məğlub olaraq mübarizəni dayandırıb. Taekvondo yığmamızın digər üzvü İmaməddin Xəlilov (K44) da -61 kq çəki dərəcəsində ikinci təsəlliverici görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest