Bu gün Azərbaycanın 4 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb. Matc.az xəbər verir ki, onlardan biri parataekvondoçu, biri paraatlet, ikisi isə üzgüçü olub.
 
Parataekvondoçu Əbülfəz Abuzərli (75 kq) təsəlliverici görüşdə uduzaraq, mübarizəni dayandırıb.
 
Paraüzgüçülər Vəli İsrafilov və Roman Saley 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınayıb. Finala vəsiqə qazanan Saley yekunda 57.81 saniyəlik nəticə göstərərək, özünün 3-cü, Azərbaycan komandasının isə 12-ci qızıl medalını qazanıb. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və arxası üstə üzmədə birinci yeri tutub. İsrafilov isə finala adlaya bilməyib.
 
Paraatlet Samir Nəbiyev isə nüvə itələmə növündə 7-ci olub. O, 13.12 metr nəticə göstərib.
 
Qeyd edək ki, aktivində 12 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest