Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 1000-dən çox oyuna çıxan baş məşqçilərin siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda 39 mütəxəssis yer alıb. Bunların arasında hazırda Rusiyanın "Rostov" komandasında işləyən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin də var. 74 yaşlı rusiyalı mütəxəssis 1359 oyunla 13-cü pillədə qərarlaşıb.
 
Syomin 2013/14 mövsümündə "Qəbələ"ni çalışdırıb.
 
Siyahının ilk pilləsində İngiltərənin "Mançester Yunayted" komandasının keçmiş baş məşqçisi Aleks Ferqyuson yer alıb. O, məşqçi karyerası ərzində 2155 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest