Bu gün “Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi startda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqiblə Bakı Olimpiya Stadionunda qarşılaşıb. Konfrans Liqasında məğlubiyyət tanımayan “Qarabağ” qrup mərhələsində də uğurlu seriyanı davam etdirməyə çalışıb. Qarşılaşma qolsuz başa çatıb.

H qrupunun digər oyununda “Kayrat” (Qazaxıstan) “Omoniya”nı (Kipr) qəbul edib. Bu oyunda da qapılara qol vurulmayıb.

Avropa Konfrans Liqası
H qrupu
16 sentyabr

“Qarabağ” – “Bazel” 0:0
Baş hakim: Erik Lambrexts (Belçika).
Bakı Olimpiya Stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Bazel: 1. Haynts Lindner, 4. Eray Cömert, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Stokker, 19. Darian Males, 21. Andi Pelmard, 22. Serxio Lopes, 23. Vauter Burger, 27. Dan Ndoye, 28. Raul Petretta.
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 5. Mixael Lanq, 17. Liam Millar, 24. Tisian Tuşi, 29. Adrian Durrer, 30. Tomas Tavares, 34. Taulant Caka, 35. Matias Palasios, 40. Liam Çipperfild, 96. Joelson Fernandes.
Baş məşqçi: Patrik Rahmen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest