Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matc.az xəbər verir ki, sentyabrın 21-də, "ASK Arena"da keçiriləcək Azərbaycan – Danirmarka qarşılaşmasını Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Ehtiyat hakim funksiyasını isə Maria Krcova yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest