"Sabah" Antalya toplanışını başa vurub. Sabah ölkəyə qayıdacaq Premyer Liqanın debütantı bu gün son yoxlama görüşünə çıxıb. Baş məşqçi Elşad Əhmədov yetirmələrini "Sion"un 21 yaşadək futbolçulardan ibarət komandası ilə oyunda sınayıb.

"Sabah" Antalya toplanışını başa vurub. Matç.az saytının məlumatına görə, sabah ölkəyə qayıdacaq Premyer Liqanın debütantı bu gün son yoxlama görüşünə çıxıb.

Baş məşqçi Elşad Əhmədov yetirmələrini "Sion"un 21 yaşadək futbolçulardan ibarət komandası ilə oyunda sınayıb. İsveçrə təmsilçisi ilə oyun "IC Santai" otelinin meydançasında keçirilib. Bol qollu qarşılaşmada tərəflər hərəyə 4 dəfə fərqləniblər.

Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Eskişehirspor” (1:0), Macarıstanın MTK (3:1) klubunu məğlub edib, Qazaxıstan “Tobol”u ilə heç-heçə edib (2:2).

 

Yoxlama görüşü

22 yanvar

"Sabah" (Azərbaycan) - "Sion" U-21 (İsveçrə) - 4:4

Marko Deviç, 14 (pen.), Elşən Abdullayev, 38, Təmkin Xəlilzadə, 64, Filip İvanoviç, 90

"Sabah": 30. Saşa Stamenkoviç, 33. Eltun Turabov, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 19. Məqsəd İsayev, 2. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 15. Erik Ramos, 9. Marko Deviç, 8. Elşən Abdullayev.

Antalya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest