Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Krasnodar”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
 
“Ufa” 11 turdan sonra 9 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest