Azərbaycan üzgüçülük Federasiyasında hesabat-seçki konfransı keçirilib. Matc.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
 
Növbədənkənar seçkidə Milli Məclisin deputatı Xanlar Fətiyev yenidən federasiya prezidenti seçilib.
 
İclasda gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə iştirak edib. Hüseynzadə çıxışında Fətiyevə uğurlar arzulayıb:
 
"İnanıram ki, bu idman növünün inkişafına daha da böyük töhfə verəcəksiniz. Bəzi federasiyalarda gender bərabərliyinə diqqət yetirilmir. Gender bərabərliyini nəzərə almağınızı istəyirəm. Beynəlxalq səviyyədə hüquqlar bərabərdir. Bunu nəzərə alacağınıza da inanıram. üzgüçülük Federasiyasına suya tullanma, sinxron üzgüçülük və s. növlər daxildir. Beynəlxalq federasiyanın adı üzgüçülük deyil. Bizdə Vaterpol üzgüçülük Federasiyası da yaratmaq olar. Bunu növbəti əsasnamədə nəzərə almaq lazımdır".
 
öz növbəsində Fətiyev qaldırılan məsələləri mütləq yerinə yetirməyə çalışacaqlarına söz verib:
 
"Biz fikirlərinizi iş planlarımıza daxil edəcəyik. Cənab nazirə və toplantı iştirakçılarına minnətdarlığımı bildirirəm". (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest