Kişilərdən ibarət komanda Ermənistan yığması ilə, qadınlar isə İtaliya ilə üz-üzə gəlib. Kişi şahmatçılarımız turu heç-heçə, qadınlar isə qələbə ilə başa vurublar.

Sloveniyanın çatej şəhərində təşkil olunmuş şahmat üzrə Avropa çempinonatı davam edir. Matc.az xəbər verir ki, qitə birinciliyində mübarizə aparan kişi və qadınlardan ibarət Azərbaycan milliləri də bu gün növbəti görüşlərini keçiriblər.
 
Kişilərdən ibarət komanda Ermənistan yığması ilə, qadınlar isə İtaliya ilə üz-üzə gəlib. Kişi şahmatçılarımız turu heç-heçə, qadınlar isə qələbə ilə başa vurublar.
 
6 turdan sonra 9 xalı olan kişi şahmatçılardan ibarət Azərbaycan yığması Ukrayna, İspaniya, Niderland və Ermənistanla birlikdə 2-6-cı yerləri bölüşdürür. Qadınlardan ibarət yığmamız isə hazırda 9 xalla 3-4-cü yerlərdə gedir.
 
Avropa çempionatı, 6-cı tur
18 noyabr
 
Kişilər
 
Azərbaycan - Ermənistan - 2:2
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan - 0,5:0,5
Teymur Rəcəbov - Hayk Martirosyan - 0,5:0,5
Rauf Məmmədov - Robert Ovanisyan - 0,5:0,5
Nicat Abbasov - Samvel Ter-Sahakyan - 0,5:0,5
 
Qadınlar
 
İtaliya - Azərbaycan - 1,5:2,5
Marina Brunello - Günay Məmmədzadə - 0,5:0,5
Olqa Zimina - Gülnar Məmmədova - - 0,5:0,5
Tea Queçi - Xanım Balacayeva - 0,5:0,5
Daniela Movilyanu - ülviyyə Fətəliyeva - 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest