Sloveniyanın çatej şəhərində təşkil olunmuş şahmat üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün qitə birinciliyində 7-ci turun görüşləri keçirilib.
 
Azərbaycanın kişi və qadınlardan ibarət komandaları da növbəti sınaqlarına çıxıblar. Kişilərdən ibarət komanda Niderlanda qalib gəlib. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini məğlub edib. Bu qələbədən sonra xallarını 11-ə çatdıran Azərbaycan yığması Ukrayna ilə birgə şərikli liderə çevrilib.
 
Qadın şahmatçılardan ibarət millimiz isə Rusiyaya uduzub - 1:3. Komandamızın üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib, ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətə üzülüblər.
 
Bu nəticədən sonra xanım şahmatçılardan ibarət komandamız geriləyib və hazırda Polşa, Niderland və Macarıstanla birgə 5-8-ci yerləri bölüşür.
 
Noyabrın 20-də baş tutacaq 8-ci turda Azərbaycanın kişilərdən ibarət yığması Ukrayna ilə görüşəcək. Qadın millimiz isə Macarıstanla qarşılaşacaq. 
 
Avropa çempionatı, 7-ci tur
19 noyabr
 
Kişilər
 
Niderland - Azərbaycan 1,5:2,5
Aniş Giri - Şəhriyar Məmmədyarov 0,5:0,5
Yorden van Forest - Teymur Rəcəbov 0,5:0,5
Maks Varmerdam - Qədir Hüseynov - 0,5:0,5
Erik van den Dul - Nicat Abbasov - 0:1
 
Qadınlar
 
Azərbaycan - Rusiya - 1:3
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0,5:0,5
Xanım Balacayeva - Katerina Laqno - 0,5:0,5
ülviyyə Fətəliyeva - Valentina Qunina - 0:1
Gövhər Beydullayeva - Polina Şuvalova - 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest