Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turun “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb. Matc.az xəbər verir ki, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı quruma müraciət edib. Bunu nəzərə alan federasiya matçın təxirə salınması barədə qərar qəbul edib.
 
Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.
 
Görüş noyabrın 26-da keçirilməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest