Fransa hökumətinin koronavirus peyvəndi ilə bağlı qərarı Azərbaycanın daha bir növdə çıxış edən idmançılarına təsir edəcək. Matc.az xəbər verir ki, cüdoçuların 5-6 fevralda paytaxt Parisdəki Böyük Dəbilqədə iştirakı ilə bağlı maneə aradan qaldırılıb.
 
ölkənin idman naziri Roksana Marasinyanu çin və Rusiya peyvəndindən istifadə edən idmançıların Fransaya gələ biləcəyini açıqlayıb. Bundan əlavə, idmançılar yarışın startından 24 saat əvvəl test verməlidirlər.
 
Daha əvvəl Fransa "Sinovac" vaksinini qəbul etmədiyi üçün idmançıların ölkəyə girişində problem yaranıb.
 
Qeyd edək ki, qərar UEFA Konfrans Liqasının pley-off mərhələsindəki "Marsel" - "Qarabağ" matçına da təsir edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest