12 Noyabr 2026, 19:25
FUTBOL
“Everton”un “Tottenhem”in hücumçusu Rişarlisonu geri qaytarmaq planı gündəmdən çıxmaq üzrədir. Matc.az saytının “Goal” nəşrinə istinadən xəbərinə görə, Liverpul təmsilçisi braziliyalı futbolçunun yanvarda transferi üçün yenidən danışıqlara başlamağa həvəsli deyil. Rişarlisonun yayda “Everton”a qayıtmaq təklifini qəbul etməməsi klub rəhbərliyinin mövqeyinə təsir edib.
David Moyesin rəhbərlik etdiyi komanda hücum xəttini gücləndirmək üçün Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Dion Beljonu nəzərdən keçirir. 24 yaşlı hücumçunun cari mövsümdəki məhsuldar çıxışı İngiltərə klubunun diqqətini çəkib.


_1693746512.jpg)










