Almaniyanın "Ayntraxt" klubu yeni transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Bundesliqanın iddialılarından olan Frankfurt təmsilçisi "Monako"nun futbolçusu Almami Tureni heyətinə qatıb.

22 yaşlı malili müdafiəçi yeni komandası ilə müqavilə də imzalayıb. Afrikalı 2023-cü ilin yayına qədər Almaniya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, malili futbolçu karyerasına da "Monako"da başlayıb. O, "Knyazlıq klubu"nun əsas komandasında 2015-ci ildə debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest