Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. Matc.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.
 
Federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verildikdən sonra AAAF-ın rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçilib.
 
Qeyd edək ki, buna qədər AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov rəhbərlik edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest