Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıda keçirilən dünya çempionatında növbəti finala vəsiqə qazanıblar.

Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıda keçirilən dünya çempionatında növbəti finala vəsiqə qazanıblar. Matc.az xəbər verir ki, Rəhimov-Seyidli dueti təsnifat mərhələsində templə hərəkətlərdə 29.090 xalla 1-ci olub.
 
Sabir Ağayev və Mehriban Salamovadan ibarət cütlük isə 26.340 xalla 9-cu yeri tutub və finala yüksələ bilməyib. Final martın 12-də gerçəkləşəcək.
 
Xatırladaq ki, Ağasif Rəhimov və Raziyə Seyidli ötən gün balansla hərəkətlərdə də eyni uğuru təkrarlayıblar.
 
Dünya çempionatı martın 13-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest