Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən idmançılar Yekaterina Ryabova və Vladimir Litvintsev ilə görüşüb.
 
Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Fuad Nağıyev idmançıların 21-27 martda Fransanın Monpelye şəhərində keçiriləcək dünya çempionatına hazırlıqları ilə maraqlanıb, onlara öz tövsiyyələrini verib və uğurlar arzulayıb.
 
Nağıyev federasiyanın gələcək fəaliyyət planları haqqında danışaraq atletləri dəstəkləməyə hər zaman hazır olduqlarını bildirib.
 
Azərbaycan mundialda 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest