Gənclər və idman naziri Fərid Qayıbov Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. Matc.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşə gələn vətəndaşların müraciətləri əsasən, yaşadıqları ərazilərdə idman qurğularının inşa edilməsi, işlə təminat və digər məsələlər olub. Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verib.
 
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan bəzi müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
 
Qəbulda nazir müavini Mariana Vasileva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest