Azərbaycan Gənclər və İdman Nazirliyi İmişli və Tərtərdəki olimpiya idman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən "İdman Sağlamlıq Mərkəzi" MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.
 
Matc.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla, ümumilikdə 6 il iş təcrübəsi tələb olunur.
 
Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest