Gənclər və idman naziri Fərid Qayıbov Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun (MİTRİ) fəaliyyəti ilə maraqlanıb. Matc.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Səbinə Xəlilova nazirə burada yaradılmış şəraitlə bağlı məlumat verib.
 
MİTRİ-dəki mövcud müasir avadanlıq və aparılan müayinə, müalicə metodikaları ilə tanışlıq olub. İzokinetik laboratoriya, Erqospirometriya testi, Optik biomexanika, Vakusport, Alter G, 3D analiz və digər xidmətlər ən yüksək səviyyədə müasir tibbi tələblərə uyğun aparılır.
 
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu federasiyalar və digər idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Burada tibbi-bərpa proseslərinə cəlb edilən idmançıların müayinə və müalicəsi ilə müasir tibbi bacarıqlara malik təcrübəli həkimlər məşğul olurlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest