Gənclər və idman naziri Fərid Qayıbovun Əmri ilə Səməndər Allahverdiyev Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinə (ROEQİUGVM) direktor təyin edilib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidməti məlumat yayıb.
 
Yeni direktorun kollektiv üzvlərinə təqdimat mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Elnarə Musayeva və İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.
 
Səməndər Allahverdiyevi təyinatı münasibətilə təbrik edən Raqif Abbasov ona gələcək fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, nazirliklə federasiyanın birgə səyləri nəticəsində velosipedçilərin ustalıq səviyyəsinin daha da artırılması üçün olduqca münbit şərait var.
 
ROEQİUGVM-in yeni direktoru ona göstərilən yüksək etimada görə Fərid Qayıbova təşəkkürünü bildirərək məktəbin ənənələrinin qorunması və daha da inkişaf etirilməsi üçün var gücü ilə çalışacağını deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest