Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər

Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışını başa vurub. Matc.az xəbər verir ki, milli komanda üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib. O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.
 
Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən – Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edib. Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerlə kifayətlənib.
 
Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.
 
Dünya çempionatına bu gün yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest