Martın 25-dən 27-dək Polşanın Krakov şəhərində tamblinq üzrə 9-cu Vavel beynəlxalq turniri keçirilib. Matc.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən yığma komandanın üzvləri Aleksey Karataşov, Adil Hacızadə qızıl medal qazanıb.
 
Tofiq Əliyev gümüş, Hüseyn Əsədullayev isə bürünc medala layiq görülüb. 
 
Digər təmsilçilərimiz Bilal Qurbanov 4-cü, Mixail Malkin isə 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest