Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) Bakıdakı güllə və stend atıcılığı üzrə dünya kubokunda Ukrayna idmançılarının xərclərini qarşılayacaq. Matc.az xəbər verir ki, bu barədə İSSF-in rəsmi saytı məlumat yayıb.
 
Oxşar güzəşt İtaliyanın Lonato şəhərindəki dünya kubokuna, İspaniyanın Qranada şəhərindəki qran-priyə, Cənubi Koreyanın çxanvon şəhərindəki dünya kubokuna və Misirin paytaxtı Qahirədəki dünya çempionatına da şamil olunacaq.
 
Bu, Ukrayna Atılıcıl Federasiyasının İSSF-ə müraciətindən sonra gerçəkləşib.
 
Bakıdakı yarış 27 may-7 iyunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest