22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AÇ-2022-də rəqibləri bəlli olub.

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin Aç-2022-də rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosovo, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
 
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovo millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. 
 
Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosovo ev sahibliyi edəcək.
 
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
 
Aç-2022-nin təsnifat mərhələsi
E qrupu
 
20 may
21:00. Azərbaycan – Kosovo
 
21 may
21:00. Niderland – Azərbaycan
 
22 may
21:00. Slovakiya – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest