"Mançester Yunayted"in sabiq baş məşqçisi, hazırda "Tvente"də texniki direktor vəzifəsində çalışan Erik ten Haq "qırmızı şeytanlar"ın hazırkı çalışdırıcısı Maykl Kerrikə zaman verilməli olduğunu düşünür.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Ten Haq həmkarına dəstək nümayiş etdirib: "Maykl Kerriki qovmaq çıxış yolu deyil. 100 faiz. Əgər nəticələr yaxşılaşmasa, azarkeşlər bunu tələb edəcəklər, lakin bu, sadəcə emosiyadır. Ağlabatan qərarlar qəbul etmək lazımdır. Kerrik "Middlsbro"da, eləcə də ötən mövsüm özünü yaxşı tərəfdən göstərib. Ona görə də sadəcə icazə verin, o, öz işini görsün. Hesab edirəm ki, onun yaxşı məşqçilər heyəti var".
Qeyd edək ki, hazırda "qırmızı şeytanlar" Premyer Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıblar.












