Süni intellekt Türkiyə Superliqasında mövsümün sonunda hansı komandanın çempion olacağını və klubların toplayacağı xalları proqnozlaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə "Euro Club Index" məlumat yayıb.
Proqnoza əsasən, mövsümün çempionu "Qalatasaray" olacaq. "Sarı-qırmızılılar"ın mövsümü 89 xalla zirvədə başa vuracağı və çempionluq ehtimalının 56.5 faiz olduğu qeyd edilib.
Siyahıda ikinci pillədə 76 xalla "Fənərbaxça" qərarlaşıb. "Sarı-lacivərtlər"in çempionluq şansı isə "Alanyaspor" üzərindəki qələbəyə rəğmən 27.1 faizdən 25.4 faizə düşüb.
"Beşiktaş"ın turniri 71 xalla üçüncü sırada bitirəcəyi proqnozlaşdırılır. "Ağ-qaralar"ın çempionluq ehtimalı "Trabzonspor" məğlubiyyətindən sonra 15.4 faizdən 10.2 faizə geriləyib.
"Trabzonspor"un çempionluq şansı isə "Beşiktaş" üzərindəki qələbədən sonra 4.4 faizdən 7.1 faizə yüksəlib və komandanın mövsümü 68 xalla dördüncü sırada tamamlayacağı gözlənilir.
Proqnoza əsasən, turnir cədvəlinin son sıralarında isə "Samsunspor" 35 xalla 16-cı, "Qaziantep" 32 xalla 17-ci, "Eyüpspor" isə cəmi 16 xalla 18-ci pillədə qərarlaşaraq liqanı tərk edəcək.












