Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova "Vaşaş" klubu ilə növbəti uğuruna imza atıb.

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova "Vaşaş" klubu ilə növbəti uğuruna imza atıb. Matc.az xəbər verir ki, yığmamızın blokçusu 2021/22 mövsümündə MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turniri və ölkə kubokunun ardınca Macarıstan çempionu tituluna da yiyələnib.
 
Ayşənin şərəfini qoruduğu "Vaşaş" finalda "Bekeşçaba"nı məğlub edib. Abduləzimovanın komandası seriyanın 5-ci matçında 3:0 hesabı ilə qalib gələrək, ümumi hesabda rəqibini qabaqlayıb - 3:2. 
 
Bununla da "Vaşaş" 7-ci dəfə Macarıstan çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest