Azərbaycan I Divizionda XV turun oyun cədvəli müəyyənləşib. Matc.az PFL-in saytına istinadən xəbər verir ki, turda 6 oyun baş tutacaq.

Bir görüş isə təxirə salınıb. "Qarabağ-2" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən klub "Zirə-2" ilə XV turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib. "Zirə" klubunun razılıq  və AFFA-dan daxil olan  təsdiq məktubunu nəzərə alan PFL I Divizionun XV turunun 14 fevral 2019-cu il tarixində keçirilməli olan "Qarabağ-2" - "Zirə-2" matçı ehtiyat gün olan 4 mart 2019-cu il tarixinə keçirilməsinə qərar verib.

I divizion

XV tur

14 fevral (cümə axşamı)

"Zaqatala" – "Sabah-2"
Zaqatala şəhər stadionu

"Neftçi-2" – "Kəpəz"
"ASK Arena"

15 fevral (cümə)

"Keşlə-2" – "Qaradağ Lökbatan"
"ASK Arena"

MOİK – "Turan Tovuz"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

"Ağsu" – "Şüvəlan"
Ağsu şəhər stadionu

"Səbail-2" – "Sumqayıt-2"
"Bayıl Arena"

Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest