Azərbaycan kubokunun finalı yeniliklə yadda qalacaq. Matc.az xəbər verir ki, bu matçda ilk dəfə VAR-dan (Video Assistant Referee – Video Köməkçi Hakim) istifadə ediləcək.
 
Düzdü, ölkəmizdə bu texnologiya hələ apreldə tətbiq olunub. Belə ki, 17 yaşlılar millimizin "Şamaxı"nın U-19 komandası ilə "ASK Arena"dakı yoxlama görüşündə VAR sınaqdan keçirilmişdi. Lakin indi daha yüksək səviyyəli komandaların oyununda, mövsümün bağlanış matçında VAR tətbiq ediləcək.
 
Lakin AFFA sınaqlara tam hazır deyil. Ona görə də kubokun finalında VAR oflayn tətbiq ediləcək. Yəni, hakimlər epizodları xüsusi monitorda izləməyəcək, sadəcə, VAR otağında əyləşənlər qulaqcıqlar vasitəsi ilə baş hakimə yardım edəcək, səhv qərarlarını düzəltməyə çalışacaq. (Futbolinfo)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest