Sabah Avropa Liqasında həlledici oyunlara start veriləcək. Matc.az xəbər verir ki, pley-off 1/16 final mərhələsi ilə başlayacaq.

Bu raundun ilk oyunları iki gün ərzində keçiriləcək. Sabah yalnız bir qarşılaşma baş tutacaq.

Türkiyə “Fənərbaxça”sı öz meydanında “Zenit”i qəbul edəcək. İstanbuldakı matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər görüşlər isə fevralın 14-də baş tutacaq. 8 matç saat 21:55-də, 7-si isə gecəyarı start götürəcək.

Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında “Benfika”nı qəbul edəcək.

Azərbaycan çempionu “Qarabağ”ın rəqibləri olmuş BATE və “Arsenal” Belarusda üz-üzə gələcək. “Sportinq” isə “Vilyarreal”la Pireney derbisinə çıxacaq.

Avropa Liqası

1/16 final

İlk oyunlar

12 fevral

21:55. “Fənərbaxça” (Türkiyə) - “Zenit” (Rusiya)

14 fevral

21:55. “Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)

21:55. “Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya)

21:55. “Latsio” (İtaliya) - “Sevilya” (İspaniya)

21:55. “Rapid” (Avstriya) - “İnter” (İtaliya)

21:55. “Renn” (Fransa) – “Betis” (İspaniya)

21:55. “Slaviya” (Çexiya) - “Genk” (Belçika)

21:55. BATE (Belarus) - “Arsenal” (İngiltərə)

21:55. “Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna)

00:00. “Brügge” (Belçika) - “Zalsburq” (Avstriya)

00:00. “Malmö” (İsveç) - “Çelsi” (İngiltərə)

00:00. “Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya)

00:00. “Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya)

00:00. “Sürix” (İsveçrə) - “Napoli” (İtaliya)

00:00. “Şaktyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya)

00:00. “Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest