Moldovanın “Şerif” komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu posta xorvatiyalı Stepan Tomas təyin olunub.
 
Bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb. 
 
Tomas futbolçu karyerası dövründə Zaqreb “Dinamo”su, “Qalatasaray”, “Fənərbaxça” və “Rubin”lə  Xorvatiya Türkiyə və Rusiyada çempionluqlar qazanıb.
 
O, 2010-cu ildə məşqçiliyə başlayıb. 46 yaşlı mütəxəssis “Antalyaspor”, “Rizəspor” və “Göztəpə”ni çalışdırıb. Tomas “Şerif”in baş məşqçi postunda “Neftçi” ilə də danışıqlar aparmış Yuri Vernidubu əvəzləyib. Ukraynalı mütəxəssis iki gün öncə “Krivbass”ın baş məşqçisi təyin olundu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest