Türkiyədə təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, millimiz İstanbul şəhərində bu ölkənin U-20 yığma komandası ilə qarşılaşıb.
 
Azərbaycan basketbolçuları parketdən 82-81 hesablı qələbə ilə ayrılıblar.
 
Komandamızın ən məhsuldar basketbolçusu 26 xalla - Davis Jordan olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest