Basketbol üzrə Azərbaycan millisinin kiçik ölkələr arasında Avropa çempionatındakı növbəti rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, komandamız 1/4 finalda San Marino yığması ilə qarşılaşacaq.
 
Sabah baş tutacaq bu oyuna saat 20:30-da start veriləcək.
 
Xatırladaq ki, Azərbaycan yığması A qrupunda Malta (71:73) və Andorra (69:72) komandalarına uduzaraq sonuncu olub. San Marino isə Cəbəllütariqə 61:47 hesabıyla qalib gəlsə də, bu gün Ermənistana 66:78 hesabıyla uduzub və qrup ikincisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest