14 Oktyabr 2018, 16:06
TOP OYUNLARI
Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında III mərhələyə start verilib. Matç.az saytı xəbər verir ki, yarımfinala vəsiqələr uğrunda mübarizə aparan 6 komandanın təşkil etdiyi "üçlük"lərdə ilk turun görüşləri keçirilib.
H qrupunda çin ABŞ-la qarşılaşıb. 5 set davam edən matçda asiyalılar qələbə qazanıb – 3:2 (25:22, 19:25, 20:25, 25:23, 15:9). Hollandiya ilk turda istirahət edib.
G qrupunda isə Serbiya ilə Yaponiya üz-üzə gəlib. Avropalılar rəqibə set vermədən qalib gəlib – 3:0 (25:19, 25:18, 25:23). Bu qrupda İtaliya ilk turu buraxıb.
Qeyd edək ki, mübarizəni ikinci mərhələdə dayandıran Azərbaycan millisi mundialı 15-ci pillədə başa vurub.