Avrokubokların pley-off mərhələsinin ilk oyunları başa çatıb. Matc.az xəbər verir ki, bu görüşlərdən sonra UEFA reytinqi açıqlanıb. Baş tutan qarşılaşmalar yalnız cədvəlin aşağı pillələrində bəzi dəyişikliklərə səbəb olub. Azərbaycan 14,625 xalla 29-cu pillədə qalıb. Bunun 2,000-si cari mövsüm əldə edilib.
 
28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,750-ə qədər artıb. 30-cu yerdə qərarlaşan Qazaxıstanın isə avrokuboklarda təmsilçisi qalmadığı üçün Azərbaycan onlar üçün əlçatmazdır.
 
Qeyd edək ki, siyahıya 88,998 xalla İngiltərə başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest