Avropa Liqasında 1/16 finalın növbəti cavab qarşılaşmaları keçirilib. Matc.az saytının məlumatına görə, baş tutan 15 oyundan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.

İlk oyunda səfərdə BATE-yə minimal hesabla uduzan “Arsenal” Londonda 3 cavabsız qolla mərhələ adlayıb.

Ukraynadakı qarşılaşmada qollu bərabərliyə razılaşan “Ayntraxt”la “Şaxtyor”un növbəti duelində almanlar darmadağına seviniblər - 4:1.

“Zenit” də İstanbulda “Fənərbaxça”dan aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxıb - 3:1.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi daha bir oyunda “Qalatasaray” “Benfika”ya qonaq olub. “Cimbom” evdə məğlub olduğu rəqibi ilə səfərdə də bacarmayıb - 0:0.

 

21 fevral

Avropa Liqası

1/16 final, cavab oyunları

“Arsenal” – BATE - 3:0

Volkov,4 (avtoqol), Mustafi, 39, Sokratis, 60

İlk oyun – 0:1

“Dinamo Zaqreb” – “Viktoriya”3:0

Orsiç, 15, Dilavər, 34, Petkoviç, 73

İlk oyun – 1:2

“Ayntraxt” – “Şaxtyor”4:1

Yoviç, 23, Haller, 26, 80, Rebiç, 88 - Moraeş, 64

İlk oyun – 2:2

“Napoli” – “Sürix”2:0

Verdi, 43, Unas, 75

İlk oyun – 3:1

“Zalsburq” – “Brügge”4:0

Şlager, 17, Daka, 29, 43, Dabbur, 90+4

İlk oyun – 1:2

“Valensiya” – “Seltik”1:0

Qameyro, 70

İlk oyun – 2:0

“Vilyareal” – “Sportinq”1:1

Fonals, 80 - Fernandes, 45+1

İlk oyun – 1:0

“Zenit” – “Fənərbaxça”3:1

Ozdoyev, 4, Azmun, 37, 76 - Topal, 43

İlk oyun – 0:1

“Benfika” – “Qalatasaray” - 0:0

İlk oyun – 2:1

“Betis” – “Renn” - 1:3

Lo Selso, 41 - Bensebaini, 22, Hunu, 30, Nianq, 90+4

İlk oyun – 3:3

“Çelsi” – “Malmö” - 3:0

Jiru, 55, Barkly, 74, Hadson, 84

İlk oyun – 2:1

“Dinamo Kiyev” – “Olimpiakos” - 1:0

Sol, 32

İlk oyun – 2:2

“Genk” – “Slaviya” - 1:4

Trosard, 10 - Kufal, 23, Traore, 54, Şkoda, 64, 69

İlk oyun – 0:0

“İnter” – “Rapid” - 4:0

Veçino, 11, Ranokkia, 18, Perisiç, 80, Politano, 87

İlk oyun – 1:0

“Bayer” – “Krasnodar” - 1:1

Aranquiz, 87 - Süleymanov, 84

İlk oyun – 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest