"Roma"nın yarımmüdafiəçisi Cengiz Ündər növbəti təklifi alıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Arsenal" Türkiyə millisinin üzvü üçün qarşı tərəfin qapısını döyüb.

"Topçular" bu keçidin mövsümün sonunda reallaşması üçün italyanlara 30 milyon avro təklif edib. Lakin "canavarlar"ın cavabı "yox" olub. Bununla belə, "Roma" oyunçusunu satmağın əleyhinə deyil. Paytaxt klubu Ündərin transfer qiymətinin 40 milyon avro olduğunu bəyan edib.

Qeyd edək ki, "Bavariya", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem" də Cengiz Ündərin xidmətində maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest