İtaliya A seriyasında XXV turun açılış oyununda "Milan" "Empoli"ni qəbul edib. Matc.az saytının məlumatına görə, "San Siro"da keçirilən qarşılaşmada "rossonyerlər" böyükhesablı qələbəyə sevinib.

"Milan" fasilədən sonra vurduğu 3 qol sayəsində ardıcıl 3-cü qalibiyyətini əldə edib. Cennaro Qattuzonun yetirmələri hazırda 45 xalla 4-cü pillədə qərarlaşıbsa, "Empoli" 17-ci yerədi (21 xal).

 

XXV tur

İtaliya A seriyası

"Milan" - "Empoli" - 3:0

Pyontek, 49; Kessi, 51; Kastilyexo, 67

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest