"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionlar Liqasının 1/8 finalında "Real"a rəqib olmaları ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən alman məşqçi bunları deyib:
 
"Bu püşkatma ilə bağlı ilk deyə biləcəyimiz şey odur ki, yaxşı nəticələndi. Qarşıdakı matçlar üçün hər kəs həyəcanlı olmalıdır.
 
"Real" dünyanın ən yaxşısıdır. Biz bunu bilirik. Amma onu da bilirik ki, özümüz də pis deyilik. Bundan əlavə, bizdə "Enfild" stadionu var. Oyunların başlamasına hələ bir neçə ay qalıb, lakin hər iki matçda atmosferin necə olacağını təsəvvür etmək çox da çətin deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest